31 İyul 2020 08:25
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran yanvar ayında səhvən vurulan "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin sərnişin təyyarəsinə görə Ukraynaya təzminat ödəməyə razıdır.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

A.Musəvi bildirib: "İran təzminat ödəməyə hazırdır, lakin bu, uzun müddət çəkəcək. Bu təyyarədəki sərnişinlərin çoxu soydaşlarımız olsa da, orada Ukrayna vətəndaşları da var idi".

Xatırladaq ki, yanvarın 8-i "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus Boeing 737 sərnişin təyyarəsi Tehranın hava limanından hava qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Qəzadan bir müddət sonra İran tərəfi təyyarənin səhvən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər