Belarusda təzyiqlərə baxmayaraq ölkə müxalifəti ötən gün 60 min insanın iştirakı ilə yürüş keçirib.
Teleqraf.com xəbər verir ki, MDB məkanında populyar siyasətçilərdən olan Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərdə altıncı dəfə namizədliyini irəli sürüb.
Müşahidəçilər bildirir ki, bu, son 10 ilin ilk ən böyük aksiyasıdır. Yürüş iştirakçıları prezident seçkilərində namizədliyini irəli sürən Svetlana Tixanovskayanı dəstəkləyiblər.
Xanım namizədin həyat yoldaşı Minskdə Likaşenko hökumətinə qarşı mitinqdə iştirak etdiyi səbəbindən həbs olunub. Ərinin saxlanılmasından sonra Svetlana Tikhanovskaya prezident seçkilərində namizədliyini irəli sürüb.
Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək.