Son sutka ərzində Pakistanda COVID-19 virusuna 903 nəfər yoluxub və bununla da pandemiya dövründə yoluxanların sayı 278 min 305 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, son 24 saatda 27 xəstə ölüb və həyatını itirənlərin sayı 5 min 924 nəfər olub.
Hazırda xəstəxanalarda 25 min 177 koronavirus xəstəsi var, onlardan 1146-nın vəziyyəti ağır qiymətləndirilir.