Ayasofya qiyamətə qədər məscid kimi qalacaq. Türk xalqı Prezident Ərdoğanın bu qərarına görə minnətdardır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti deyib.
Ərdoğanın Ayasofya ilə bağlı qərarından sonra xristian dünyasının etirazına toxunan Vilayəti ABŞ Dövlət katibi Mayk Pompeonun tənqidlərinə münasibət bildirib: "Pompeonun başqa bir əmri yoxdur ki? Babaları bütün muzeyləri kilsələrə çevirdi. Əndəlüs məğlubiyyətindən sonra mümkün qədər çox kilsə tikdirdilər. 1500 illik tarixi olan Ayasofya qiyamətə qədər məscid kimi fəaliyyət göstərəcək", - deyə o söyləyib.