Rusiya Silahlı Qüvvələrinə məxsus “Ulyişin” yük təyyarələri növbəti dəfə qiyamçı Haftar ordusuna hərbi yardım gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hökuməti məlumat yayıb.
Açıqlamada yük təyyarələriunin dünən gün ərzində Sirtə və Cufraya 5 uçuş həyata keçirdiyi bildirilib.
Eyni zamanda, qeyd edilib ki, iki yük təyyarəsi Haftar ordusuna dəstək məqsədilə Suriyadan muzdlu qüvvə gətirib.