3 Avqust 2020 15:56
24 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ruslarla türklər, təkcə Cənubi Qafqaz mövzusunda deyil, ilk növbədə, antikoronovirus səylərində anlaşıblar. Anlaşma artıq var. Anlaşma olmasa, avqustun 1-dən başlayaraq Rusiya ilə Türkiyə arasında aviaxətlər, təyyarə uçuşları başlamazdı”.

Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Həmid Herisçi bu qərarın, çox gizli mətləblərdən xəbər verdiyini bildirib:

“Birinci-Türkiyə və Rusiya təkcə eyni hava ərazisini deyil, həm də eyni sanitar ərazini yaradırlar və eyni antikaronavirus zərdabını, peyvəndini bölüşməyə, hazırlamağa başlayırlar. Bu isə Rusiya və Türkiyə farmatsevtika institutlarının birləşməsi deməkdir. Ərdoğan, Rusiyanın "Vektor" antivirus institutuna küllü-miqdarda vəsait yatıracaq. Pandemiya ilə mübarizəni kommersiya relslərinə keçirdəcəklər. Zərdabın beynəlmiləl anbarı, xabı İstanbul hava limanında yerləşəcək. Yəni zərdabın tranziti, marşrutu Ərdoğanın nəzarəti altında olacaq. Koronavirus söhbəti, elə lap əvvəldən farmatsevtika nəhəngləri, idman qiqantları arasında gizli savaşdan başladı. Ümümdünya Antidopinq Təşkilatı “WADA”, Rusiyanın “RUSADA” antidopinq təşkilatı ilə amansız mübarizəyə girişdi. Mövzu, dünya idmanın, reklam pullarının yeni bölgüsü idi. Burda fərqli genetik silah, genetik biomaterillar mövzusu da vardı”.

O hesab edir ki, dünyanın pərdəarxasındakı bu gizli qarşıdurmada Cənubi Qafqaz xalqları seçim qarşısındadır:

“WADA”-ya, yəni Ümumdünya Səhiyyə Təşkilatı tövsiyyələrinəmi qəbul edəcəklər, yoxsa “RUSADA” tövsiyələrini? Bizim seçimimiz aydındır. Ermənistanla Gürcüstan çətin duruma düşəcəklər. Qərblə Rusiya, Türkiyə arasında seçim, onları 1920-ci ildəki kimi çətin vəziyyətə salacaq. Yəni indi dünyanın taleyini 1920-ci illərdəki kimi siyasi qarşıdurma deyil, dərman mövzusu həll edir. Ermənistanla Gürcüstanın çətin günləri başlayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər