4 Avqust 2020 11:28
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı hərbi kontingenti 4 min hərbi qulluqçuya qədər azaltmaq planları barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, “Axios” nəşrinə müsahibəsində deyib:

“Çox qısa müddət ərzində biz Amerika kontingentinin sayını 8 min nəfərə endirəcəyik, sonra isə bu rəqəmi 4 min nəfərədək ixtisar edəcəyik. Hazırda danışıqlar aparırıq”.

Jurnalistin konkret müdət soruşmasına cavab olaraq Tramp bunun “çox tezliklə” baş verəcəyini bildirib.

Qeyd edək ki, Tramp may ayında Amerika ordusunun Əfqanıstandan vətənə qayıtmasının vacibliyini xatırlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər