4 Avqust 2020 12:46
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın “Şimal axını-2” layihəsinin inşası ilə bağlı mövqeyini tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Biznes Alert” portalı məlumat verir.

“Deməzdim ki, Polşada sərt anti-Rusiya ritorikası hökm sürür. Ancaq bəzi məsələlər var, məsələn “Şimal axını-2"”, – deyə Moravetski qeyd edib.

Siyasətçi qeyd edib ki, Polşada bu layihə üçün xərclənən Avropa pulunun Rusiya silahlarına sponsorluq edəcəyini güman edirlər.

Həmçinin, Moravetskinin sözlərinə görə, bu qaz kəməri Rusiyanın Ukraynanı Avropaya qaz tədarükündən çıxarmasına imkan verəcək.

“Buna görə “Şimal axını” və “Şimal axını-2” bizim region üçün belə bir təhlükə yaradır. Biz, məhz buna görə Almaniyanı tənqid edirik”, – deyə Baş nazir bildirib.


Müəllif: Səxavət