4 Avqust 2020 19:58
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada alimlər koronavirus pandemiyasının ikinci dalğasının payızda və ya qışda başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Teleqraf.com-un məlumatına görə, son bir neçə gün ərzində ölkədə yoluxma sayında yenidən artım müşahidə olunur.

Təkcə son 3 gün ərzində 3 376 yeni yoluxma qeydə alınıb.

Mütəxəssislər növbəti aylarda ikinci dalğanın olacağını ehtimal edirlər.

Qeyd edək ki, bu günədək Fransada 191 mindən çox şəxs koronavirusa yoluxub, 30 294 nəfər ölüb.


Müəllif: Teleqraf.com