“Hər şey plana uyğun gedir! Polşada daha çox Amerika əsgəri olacaq və bölgəmizdə ən əhəmiyyətli ABŞ ordusu komandanlığı Polşada yaradılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın Müdafiə naziri Mariuş Blaşak Tvitterdə yazıb.
O qeyd edib ki, bu günlər Polşanın təhlükəsizliyi üçün vacib günlərdir. Belə ki, amerikalılarla danışıqlar prosesi başa çatıb və qısa müddətdə Amerika qoşunlarının Polşada daimi yerləşməsi barədə yekun razılaşma imzalanacaq.
Nazir bildirib ki, Polşada daha çox sayda Amerika əsgəri ilə yanaşı bölgədəki quru qoşunlarının əsas komandanlığı da Polşada yerləşəcək:
“ABŞ Müdafiə katibi Mark Esper bu razılaşmalarımızı təsdiqləyib və Polşadakı Amerika əsgərlərinin sayının daha da artmasının mümkünlüyünə işarə edib”.