5 Avqust 2020 13:37
4 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hər zaman Belarusun ən yaxın müttəfiqi olub və olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Rusiya həmişə ən yaxın müttəfiqimiz olub və olacaq. Bu, keçilməz bir amildir, xalqlarımızın içindədir. Qardaşlıq münasibətlərini “tərəfdaşlığa” dəyişmək mümkün deyil”, - prezident bildirib.

O, eyni zamanda, Belarusun Çin, Qərb, ABŞ, qonşuları, eləcə də uzun məsafəli ölkələrlə də strateji tərəfdaşlıq əlaqələri quracağına diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu