BMT Təhlükəsizlik Şurasının 2015-2016-cı illərdə fəaliyyət göstərəcək qeyri-daimi üzvlərin müəyyənləşməsi üçün oktyabrın 16-da seçkilər keçiriləcək.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, BMT Baş Məclisində baş tutacaq seçkilər zamanı üzvlərin seçilməsi üçün 193 ölkədən 129 səs toplanması vacibdir.
BMT-in daxilində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə məsul qurum olan 15 üzvlü BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var. Qalan 10 üzvü isə iki ildən bir keçirilən seçkilər vasitəsilə dəyişir.
Argentina, Ruanda, Cənubi Koreya, Avstraliya və Lüksemburqun 2015-2016 dövrü üçün BMT Baş Məclisində keçiriləcək seçkilərdə vəzifə müddətləri bitəcək. Yeni namizədlərin isə Anqola, Venesuela, Türkiyə, İspaniya və Yeni Zelandiyanın olacağı gözlənilir.
Samir