6 Avqust 2020 23:59
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən realistəm, hər şey ola bilər. Prezident ölkədən qaçmasa, onu güllələyə də bilərlər və s. Çox asanlıqla...

Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Hər şey ola bilər. Xüsusən indi hamı Lukaşenkoya köklənib axı... Siz ki başa düşünürsünüz, Belarusda, burada onlar üçün ( müxalifət – red.) əsas qəddar Lukaşenkodur. Ona görə də hər şey ola bilər. Hətta bunu da qəbul etmirəm, lakin taleyimdirsə, buna görədir. Lakin qaçmaq... Mən heç yerə qaçmayacağam”, - deyə Lukaşenko bildirib.

Qeyd edək ki, 9 avqustda Belarusda prezident seçkisi keçiriləcək.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər