Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borel arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, görüşdə bölgədəki son durum və ikitərəfli münasibətlər müzakirə olunub.
Görüşdən sonra Borelin ofisinin yaydığı açıqlamada Aİ-nin Türkiyə ilə münasibətlərə böyük önəm verdiyi diqqətə çatdırılıb: “Türkiyə Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Aİ üzvü ölkələr Türkiyə ilə mövcud münasibətlərdəki problemlərin həllini və əlaqələrin gücləndiyini görmək istəyir”.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriya və Liviya məsələləri ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.