Tayvanın hava məkanına daxil olan bir neçə Çin döyüş təyyarəsinə müdaxilə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada Çin ordusunun döyüş qırıcılarının Tayvan boğazını keçməsindən sonra hava hücumundan müdafiə sistemləri tərəfindən təqib edildiyi bildirilib.
Son dönəmdə müstəqil ölkə ideyasını sıx şəkildə müdafiə edən Tayvan ABŞ-dan dəstək alır. ABŞ-ın Tayvana müstəqil ölkə kimi silah satması Çinin kəskin etirazına səbəb olub.