11 Avqust 2020 20:13
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan xahiş etdi, biz də niyyətimizin pis olmadığını göstərdik. Bəzi jestlər etdik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Arlıq dənizinin şərqindəki fəaliyyətlərinə etiraz edən Yunanıstan hökumətinə cavab verən Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Güzəşt deyil, müvəqqəti jestlər etdik. Almaniya və Avropa ölkələri dialoqun baş tutması üçün səy göstərdilər. Biz dedik ki, buna cavab olaraq, qarşı tərəfdən (Yunanıstan) əks addımların atıldığını görəcəksiniz. Bizim dediyimiz oldu”, - nazir bildirib.

Çavuşoğlu etirazlara baxmayaraq, Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen araşdırmalarını davam etdirəcəyini söyləyib:

“Gəmilərimizi hərəkətə keçirdik, “Oruc Rəsi” getdi. Avqust ayı ərzində bütün araşdırmalarımızı davam etdirəcəyik. Qərarlıyıq! Aralıq dənizinin şərqi və Kiprdəki haqlarımızı sonuna qədər müdafiə edəcəyik. Kimsə Türkiyəyə “sizin niyyətiniz pisdir” deyə bilməz. Kimisə ittiham edəcəklərsə, Yunanıstanı ittiham etsinlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər