12 Avqust 2020 10:36
2 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Rusiyanın ölkəsi ilə nüvə silahlarına dair pakt bağlamaq istəyinə əminliyini ifadə edib.

Teleqraf.com xəbər verir ki, Amerika lideri Rusiya ilə yeni müqavilənin imzalanması istiqamətində işin getdiyini açıqlayıb.

“Biz indi Rusiya ilə nüvə silahlarına dair bir pakt üzərində işləyirik və onlar da bunu istəyirlər, həqiqətən istəyirlər. Düşünmürəm ki, gözləyəcəklər. İndi bu, ən böyük qlobal problemdir və hazırda Rusiya ilə işləyirik”, - Tramp vurğulayıb.

Rusiya və ABŞ arasında xarici işlər nazirinin müavini Sergey Ryabkov və Amerikanın xüsusi nümayəndəsi Marşall Billinqsli arasında strateji sabitlik mövzusunda növbəti məsləhətləşmələrin 16-18 avqust tarixlərində Vyanada keçirilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər