Norveç koronavirus pandemiyası ilə bağlı Avropanın 5 ölkəsi üçün yenidən 10 günlük karantin rejimini tətbiq edir.
Teleqraf.com xəbər verir ki, bu qərar İslandiya, Malta, Niderland, Polşa və Kiprə, eləcə də Farer adaları, İsveç və Danimarkanın bəzi regionlarına şamil edilir.
Qərara əsasən, avqustun 15-dən etibarən bu ölkələrdən gələn şəxslər 10 gün müddətinə karantinə alınacaq.
Bundan başqa, Norveç hökuməti sakinlərə digər ölkələrə səyahət etməməyi tövsiyə edib.