ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo prezident seçkilərindən sonra Belarusa qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.
Teleqraf.com xəbər verir ki, dövlət katibi Minskə neft tədarükünün dayandırıla biləcəyinə də diqqət çəkib:
“Əminəm ki, bütün bunları nəzərdən keçirəcəyik”.
Pompeo Belarusa qarşı sanksiyaların tətbiq ediləcəyi və ya neft tədarükünün dayandırılması ilə bağlı sualı cavablandırarkən deyib:
“Meyarlar vacibdir. Fikrimizcə, təkcə ABŞ olaraq təktərəfli deyil, çoxtərəfli formatda Belarus xalqı üçün nə edə biləcəyimizi müzakirə edəcəyik. Hələ ki, hansı işlərin görüləcəyi müəyyənləşdirilməyib”.
Belarusun hazırkı lideri Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra - avqustun 9-da ölkədə kütləvi etiraz aksiyaları başlayıb. MSK-nın məlumatına görə, o, səslərin 80,08% -ni toplayıb.
Bundan əvvəl Avropa İttifaqının Belarusa qarşı sanksiyalar tətbiq edə biləcəyi bildirilmişdi.