Rusiya Prezidenti Vladimir Putinin qrafikinə Belarus lideri Aleksandr Lukaşenko ilə görüş daxil deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“Qrafikdə belə bir görüş yoxdur”, – deyə mətbuat xidmətindən bildirilib.
Bildirək ki, daha əvvəl mənbələrə istinadən Lukaşenkonın Putinlə görüşmək üçün təcili olaraq Moskvaya uçduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, avqustun 10-da Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.