14 Avqust 2020 12:38
3 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin xalqı və rəhbərliyinin ABŞ, İsrail və BƏƏ tərəfindən açıqlanan, İsrail-BƏƏ münasibətlərinin normallaşmasını ehtiva edən müqaviləyə reaksiyasını haqlı hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

2002-ci ildə Səudiyyə Ərəbistanının liderliyində Ərəb Liqası tərəfindən genişləndirilən və İslam Əməkdaşlıq Təşkilatının dəstəklədiyi “Ərəb Sülh Planı”nın BƏƏ tərəfindən təktərəfli formada ləğv edilməsinə səylərin göstərilməsi narahatlıq yaradır. Üç ölkə tərəfindən yayımlanan bu açıqlamanın Fələstin münaqişəsinə dəstək adı altında təqdim olunması inandırıcı görünmür.

ABŞ-ın planı üzərindən gizli fəaliyyətlər həyata keçirən BƏƏ bununla, Fələstinin iradəsini də heçə sayır”.

Bəyanatda BƏƏ riyakarlıqda ittiham olunub və tarixin bunu heç vaxt unutmayacağı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər