İranda koronavirusla bağlı vəziyyət tədricən yaxşılaşır. Son sutka ərzində İranda bu virusa 2 min 501 nəfər yoluxub, 169 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 338 min 825 nəfərə, ölənlərin sayı isə 19 min 331-ə çatıb. Müalicə alan 293 min 811 nəfər sağalıb, 3 min 956 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Tehran daxil olmaqla İranın 12 vilayəti hələ də qırmızı zonaya daxildir.
Nazirliyin açıqlamasında o da qeyd olunub ki, vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq xəstəxanalarda 13 min yataq yeri boşalıb.
Tibbi maskadan istifadə məcburi olduğu üçün İranda gündəlik 11 milyon tibbi maska istehsal edilir.