14 Avqust 2020 22:13
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti koronavirusa qarşı peyvənd dərmanının tədarükünə dair ABŞ-ın iki şirkətilə müqavilələr imzalayıb.

Teleqraf.com xəbər verir ki, ölkəyə “Novavax” şirkətindən 60 milyon doz eyniadlı dərman, “Johnson & Johnson” şirkətindən də 30 milyon doz “Janssen” dərmanı gətiriləcək

Bundan əvvəl Birləşmiş Krallıq Fransanın “Sanofi” və Böyük Britaniyanın “GSK” şirkətlərinin birgə istehsal etdikləri peyvənd dərmanından 60 milyon doz sifariş vermişdi.

“Reuters” xəbər verir ki, bütövlükdə indiyədək 66 milyon əhali üçün 342 milyon peyvənd dərmanı dozu gətirmək üçün 6 müqavilə imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər