15 Avqust 2020 22:21
2 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəldiyini və ilk müraciətdə Belarusun təhlükəsizliyini təmin etmək üçün həmkarının hərtərəfli yardım göstərəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

“Hərbi birləşmələrə gəlincə, KTMT çərçivəsində Rusiya Federasiyası ilə razılığımız var. Bu, anlaşmaya uyğun məqamlardır. Buna görə də bu gün situasiya ilə bağlı Rusiya Prezidenti ilə uzun və ətraflı söhbət etdim.

Deməliyəm ki, bir qədər təəccübləndim - baş verənlərdən tamamilə xəbərdardır", - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər