Hindistanda təcavüzdə günahlandırılan şəxsin cəzasını xalq verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qıza təcavüz etməyə çalışarkən tutulan Kumar, yerli xalq tərəfindən saatlarla döyüldükdən sonra penisi kəsilib.
Hindistan polisi günahkar şəxslərin ədalətə təslim olmasını istəyir.
Hadisəni araşdıran polis məmuru "Bu cinayətlər hər nə qədər ürək ağrıdan olsa da, günahkarları xalq deyil hüquq cəzalandırmalıdır" deyib.
Qeyd edək ki, iyul ayında 7 yaşlı qıza təcavüzdə günahlandırılan 3 adamdan biri öldürülmiş, digər ikisi isə ağır yaralı halda xəstəxanaya yerləşdirilmişdi.
Rüstəm