Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov yerli müxalifət nümayəndələri ilə qarşıdurmada Belarus Prezidenti Aleksandr Lukaşenkonun məğlub ola biləcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, deputat nümayişlərin davam etdiyi Belarusda media sahəsində ciddi problemlərin yarandığını bildirib.
“İnformasiya sahəsi itər-itməz siyasi meydanın itkisi qaçılmaz olacaq”, - Puşkov söyləyib.
Onun fikrincə, bugünkü dünya siyasətində əsas döyüşlər informasiya sahəsində gedir.
Aleksey Puşkov qeyd edib ki, davam edən etirazlar fonunda Belarusun dövlət mediası həssas mövzulara toxunmamağa çalışır:
O, yüksək keyfiyyətli siyasətin keyfiyyətsiz məlumatlarla mümkün olmadığını vurğulayıb.
Ötən həftədən Belarusda Prezident Aleksandr Lukaşenko əleyhinə başlayan kütləvi nümayişlər davam edir.