18 Avqust 2020 15:43
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Departamenti Çinin “Huawei” şirkətinə qoyulan məhdudiyyətləri daha da sərtləşdirib.

Teleqraf.com xəbər verir ki, Departament şirkətin 21 ölkədəki filiallarını da qara siyahıya əlavə edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian ABŞ-ın texnologiya nəhəngi “Huawei”yə qarşı son sanksiyalarını tənqid edib:

“ABŞ-ı Çin şirkətlərinin nüfuzuna xələl gətirməməyə çağırırıq”.

ABŞ Dövlət Katibi Mayk Pompeo “Huawei”i Çin Kommunist Partiyasının bir qolu olaraq gördüklərini və buna görə hərəkət etdiklərini deyib:

"ABŞ ölkənin milli təhlükəsizliyini və beynəlxalq sabitliyini təhdid edən fəaliyyətlərə görə, “Huawei”in ixracatına qoyulan məhdudiyyəti davam etdirəcək. Müttəfiqlərimiz və tərəfdaşlarımızı bizə qoşulmağa dəvət edirik".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər