Cənubi Sudanda “South West Aviation” aviakompaniyasına məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən az 17 nəfər, o cümlədən iki ekipaj üzvü həlak olub.
Teleqraf.com xəbər verir ki, təyyarə paytaxt Cuba şəhəri ətrafında aeroport yaxınlığında havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.
Təyyarənin paytaxtdan Vau və Aveyl yaşayış məntəqələrinə uçduğu bildirilir.