24 Avqust 2020 01:36
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda koronavirusa yoluxanların, eləcə də bu virusdan ölənlərin sayı artmaqda davam edir. Ölkədə son 24 saat ərzində daha 176 nəfərdə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 42 min 792 nəfərə çatıb. Ermənistanda pandemiya qurbanlarının sayı 852 nəfər yüksəlib.

Qeyd olunub ki, son sutka ərzində daha 254 nəfər koronavirus xəstəsi başqa səbəblərdən dünyasını dəyişib. Bununlada başqa səbəblərdən ölən koronavirus xəstələrinin sayı son bir həftə ərzində 1500-ü ötüb.

Hazırda Ermənistanda 5 min 694 aktiv koronavirus xəstəsi var.


Müəllif: Teleqraf.com