24 Avqust 2020 12:26
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin təlim planına əsasən, bu gün səhər saatlarında Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi ilə respublikanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrlə komanda-qərargah təlimləri başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərin məqsədi qoşunların döyüş hazırlığını, qüvvə və vasitələrin qarşılıqlı əlaqəsi məsələlərinin ardıcıllığını yoxlamaqdır.

Habelə idarəetmə orqanlarının əməliyyatlara hazırlıq imkanları yoxlanılacaq və mümkün hücumları dəf etmək tapşırıqları yerinə yetiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər