Misir prezidenti Abdel Fəttah əs Sisi İsraili münaqişəni aradan qaldırmağa və fələstinlilərin hüquqlarını bərpa etməyə çağırıb. Teleqraf.com-un TASS agentliyinə istinadən məlumatına görə, o müvafiq açıqlama ilə Qahirədə bu gün keçirilən Qəzza üçün donor-ölkələrin konfransında çıxış edib.
"İsrail-Fələstin probleminin yeganə həlli yolu - hərtərəfli ədalətli tənzimləmədir" - deyə, Misir lideri vurğulayıb.
Norveç və Misirin təşəbbüsü ilə təşkil olunmuş Qəzza sektorunun bərpası məsələləri üzrə beynəlxalq konfransda XİN rəhbərləri və dünyanın 50-dən çox dövlət nümayəndələri iştirak edirlər.