26 Avqust 2020 11:33
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Rusiya və İran Astana formatı çərçivəsində üç qarantyor ölkə olaraq ABŞ şirkətinin YPG terror təşkilatı ilə neft müqaviləsi imzalamasını qınayıb.

Teleqraf.com xəbər verir ki, üç dövlətin ortaq açıqlamasında SDG adı altında birləşən YPG/PKK terror təşkilatının Suriya neftinə əl qoyduğu bəyan olunur.

Həmçinin terrorçularla neft müqaviləsi imzalayan ABŞ şirkəti sərt tənqid edilir.

Açıqlamada Suriyanın süverenliyi və ərazi bütövlüyünə dair narahatlıqlar dilə gətirilib. Terrorçularla mübarizə və mülki strukturların qorunması məsələsində üç dövlətin vahid mövqedə olduğu xatırladılıb.

Eyni zamanda Suriyaya aid neft gəlirlərinə qanunsuz şəkildə əl qoyulması və nəql edilməsinə qarşı etiraz ifadə edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər