26 Avqust 2020 22:10
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çin hökumətinin Cənubi Çin dənizindəki ərazi iddialarını həyata keçirməkdə istifadə etdiyi 24 dövlət şirkətinə və onların rəhbər şəxslərinə qarşı viza və ixracat məhdudiyyətləri tətbiq edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi açıqlamasında həmin şirkətlərin Çinin bölgədəki “mübahisəli əraziləri ələ keçirərək silahlandırmaq” fəaliyyətlərinə kömək etdikləri bildirilir.

“Birləşmiş Ştatlar, Çinin qonşuları və beynəlxalq birlik Çinin Cənubi Çin dənizinə iddialarına qarşı çıxır və Çin hərbisi üçün süni adalar tikintisini pisləyir. Çin tərəfindən bu adaların təxribatçı tikintisində həmin qurumların əsaslı rolu müəyyənləşdirilib və onlar cavabdeh hesab olunmalıdır”, - ABŞ-ın ticarət naziri Uilbur Ross bəyanatda qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər