27 Avqust 2020 10:36
5 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ dünya miqyasında Rusiya və Çinlə qarşı-qarşıya gəlməyə hazır olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Mark Esper deyib.

Pentaqon rəhbər qeyd edib ki, Rusiya və Çin dünyanın müxtəlif yerlərində öz nüfuz dairələrini genişləndirməyə çalışır. Esper ABŞ-ın həm Yaxın Şərqdə, həm Arktikada, həm Avropada, həm də Hind-Sakit okean bölgəsindəki ölkələrlə iş görməyə hazır olmasının lazım olduğunu deyib. Müvəffəqiyyətli bir mübarizə üçün Vaşinqtonun yeni texnologiya nəsillərinin inkişafına sərmayə qoyacağını söyləyib.

Bundan əvvəl, Rusiyanın BTR-82A zirehli personal daşıyıcısının Suriyanın Derik qəsəbəsində ABŞ-ın zirehli texnikasını vurduğuna dair bir videogörüntü yayımlanıb. Hadisənin ABŞ-ın zirehli maşınlarının Rusiyanın hərbi nəqliyyat vasitələrinin yolunu bağladıqdan sonra baş verdiyi iddia olunub.

Toqquşmadan sonra Rusiya və ABŞ generalları telefonla danışıblar, ancaq söhbətin təfərrüatları açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər