BMT Təhlükəsizlik Şurası Livanda olan sülhməramlıların xidmət müddətini daha bir il uzadıb, lakin ABŞ-ın təzyiqləri və qərara veto qoyması nəticəsində missiyadakı hərbçilərin sayı azaldılıb.
Teleqraf.com xəbər verir ki, son illər həm ABŞ, həm də İsrail Hizbullahın fəaliyyətinə qarşı BMT sülhməramlılarının xidmətini yerinə yetirmədiyini bəyan edirdi.
Bu səbəbdən ABŞ sülhməramlı missiyanın sayını azaltmağı tələb edir. BMT sülhməramlı missiyada olan 15 min əsgərin sayını 13 minə endirib.
Qeyd edək ki, sülhməramlı missiya 1978-ci ildə, İsrail-Livan müharibəsindən sonra yaradılıb və xidmət müddəti hər il uzadılır.