29 Avqust 2020 13:11
2 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aralıq dənizinin suverenliyi məsələsində deyilən söz və etirazlarda qətiyyətli olmalıyam. Türklər yalnız buna hörmət edirlər. Bu, qırmızı xətt siyasətidir, bunu Suriyada da etdim”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

O, Ankara ilə müsbət dialoq qurmağın lazım olduğunu bildirib: “Etibarlı dialoq qurmaq üçün bir sıra prioritetlər lazımdır. Türkiyə immiqrantlar məsələsində ortaqdır. Enerji, sülh və barışıq sahəsində də ortağımız olmalıdır. Rəsmi Ankara bu gün bizimlə gömrük birliyi layihəsində də yer alır”.

Makronun sözlərinə görə, Almaniya və digər müttəfiqlər də Ankaranın Aralıq dənizi siyasətini problem sayırlar:

“Bu mövzuda Almaniya kansleri Angela Merkellə yay boyunca uzun danışıqlar apardıq. Avropa İttifaqının diplomatik nümayəndələri Jozep Borrel isə Türkiyənin Şərqi Aralıq dənizi və Afinadakı sanksiyalarla bağlı dialoqa yaxınlaşmadığı təqdirdə, sanksiyaların tətbiq olunacağını bildirib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər