Türkiyədə son 24 saat ərzində daha 39 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, COVID-19-dan ölənlərin ümumi sayı 6 284 nəfərə yüksəlib.
Onun sözlərinə görə, ölkədə 1 549 yeni yoluxma halı qeydə alınıb.
Ötən gün koronavirusdan 1 003 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 242 812 nəfər təşkil edir.