13 Oktyabr 2014 08:21
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi Diyarbəkir vilayətində kürd vətəndaşları hökumətə qarşı çıxışlar etməyə və zorakılıqlar törətməyə təhrik edən 5 nəfəri saxlayıb. Teleqraf.com-un İtürk mediasına istinadən məlumatına görə, sözügedən şəxslərin alman milləti olduğu bildirilir.

Maraqlıdır ki, təxribatçı qruplaşma üzvləri Ankarada jurnalist kimi qeydiyyatdan keçiblər. Polis təhlükəsizlik kameraları vasitəsilə Diyarbəkirdə keçirilən sonuncu aksiyalardan birini müşahidə edən zamanı almanların bu istiqmətdə fəaliyyətinə şahid olub.

Təxribatçılar fəalları yolu bağlamağa, yolun ortasında tonqal qalamağa təhrik edib, istədikləri görüntüləri əldə etdikdən sonra bölgədən uzaqlaşıblar.

Saxlanılan şəxslər ifadələri alındıqdan sonra məhkəməyə cəlb ediliblər. Sözügedən şəxslərin Gəzi Parkı hadisələrində də təxribat fəaliyyəti göstərdiyi müəyyənləşdirilib.


Müəllif:

Oxşar xəbərlər