30 Avqust 2020 10:29
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Şinzo Abeni əvəz etmək üçün hazırda hakim Liberal Demokratik Partiyada (LDP) davam edən mübarizəyə qatılacaq.

Teleqraf.com xəbər verir ki, avqustun 28-də LDP lideri Şinzo Abe baş nazir vəzifəsindən səhhətində yaranan problemlərlə əlaqədar istefa verəcəyini bəyan etdikdən sonra, hakim partiyada yeni liderin seçkilərinin sentyabrın 15-də keçirilməsi planlaşdırılır.

Abe partiya liderinin seçkiləri ilə bağlı qərarların qəbulunu LDP-nin baş katibi Toşihiro Nikaiyə tapşırıb. Suqa Nikaiyə seçkilərə qatılacağını şəxsən bildirib.

Qeyd edək ki, Ş.Abe 2012-ci ilin dekabrında hakimiyyətə qayıtdıqdan sonra Y.Suqa Baş nazirin yaxın köməkçisi kimi nüfuzlu fiqurlardan birinə çevrilib. Əvvəllər Ş.Abeni əvəz edəcəyi barədə suallara “heç vaxt bu barədə düşünmədiyi” cavabını verən Y.Suqa iyul ayından daha tez-tez KİV-lərdə görünməyə başlayıb və LDP liderliyinə əsas namizədlərdən biri hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər