30 Avqust 2020 11:39
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan bu il sentyabrda Rusiyada keçirilməsi planlaşdırılan Qafqaz-2020 strateji komanda-qərargah təlimində iştirakdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hindistan qərarının səbəbini koronavirus pandemiyası ilə əlaqələndirib.

"Rusiya və Hindistan yaxın və strateji tərəfdaş kimi qalır", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Hindistanın təlimlərə 200 hərbçi göndərəcəyi nəzərdə tutulmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər