İtaliyada NATO qoşunlarının sırasında xidmət edən bir fransız polkovnik bəzi gizli sənədləri Rusiyaya ötürdüyü üçün həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parlı açıqlama verib.
O, polkovnikin kimliyini açıqlamasa da yüksək vəzifəli zabitin gizli fəaliyyətləri ilə bağlı araşdırmanın aparıldığını bildirib.
Polkovnikin İtaliyaya qayıdarkən Fransanın təhlükəsizlik orqanları tərəfindən tutulduğu, Parisdəki həbsxanalardan birində saxlanıldığı qeyd olunur.