1 Sentyabr 2020 19:42
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Ali Məhkəməsi keçmiş Baş nazir Navaz Şərifə ölkəyə qayıtması üçün xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, məhkəmə sabiq nazirə sentyabrın 10-na qədər vaxt verib.

Əks təqdirdə Navaz Şərif beynəlxalq axtarışa veriləcək.

70 yaşlı Şerifin qızı Meryem Navaz müalicəsi başa çatdıqdan və həkimlərin icazəsindən sonra atasının ölkəyə dönə biləcəyini deyib.

Qeyd edək ki, 2018-ci ilin iyul ayında Navaz Şərif korrupsiya ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. Ali Məhkəmə 2019-cu ilin noyabrında onun müalicə üçün 8 həftəlik həbsxanadan ayrılmasına icazə verib. Bu qərardan sonra Navaz Şərif ötən ilin noyabrında Londona gedib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər