1 Sentyabr 2020 20:53
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus müxalifətinin Koordinasiya Şurasının liderlərindən biri Mariya Kolesnikova ölkədəki etiraz aksiyalarının lideri olmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Kommersant”a müsahibəsində danışıb.

“Bir ay əvvəl “yox” deyərdim. İndi çox böyük dəyişikliklər baş verir. Məsuliyyət hiss edirəm. Başa düşürəm ki, indi özüm də baş verən vəziyyətə təsir edə biləcək bir çox qərar verirəm”, - Kolesnikova deyib.

Mariya Kolesnikova keçmiş prezidentliyə namizəd Viktor Babarikonun qərargahının koordinatoru, sonra Svetlana Tixanovskayanın müttəfiqi olub. Avqustun 31-də qərargahın digər üzvləri ilə birlikdə “Həmrəylik” adlı siyasi partiyanın yaradıldığını elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər