Suriya ordusunun Homs əyalətindəki “Ət-Tiyas” (T-4) aviabazasına hava hücumu təşkil edilib.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı mediası İsrail döyüş təyyarələrinin gecə saatlarında Suriyanın cənubuna raket zərbələri endirməsi haqda məlumat yayıb.
Rəsmi Dəməşqə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri bölgəyə raketlərin çoxunu zərərsizləşdirib. Hərbi obyektə yalnız maddi ziyan vurulduğu iddia edilib.
Qeyd olunub ki, bu, İsraildən bu həftə bölgəyə ikinci hava hücumudur.
İsrail tərəfi avibazada İrana məxsus hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyinə inanır.