3 Sentyabr 2020 23:13
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Jens Stoltenberq Türkiyə və Yunanıstan arasındakı gərginliyin aradan qalxması üçün görüşlərə başlamaq barədə qərar qəbul etdiklərini bəyan edib.

Stoltenberq yazılı açıqlamasında qeyd edib: "Türk və yunan liderlərlə keçirdiyim görüşlər nəticəsində iki müttəfiq ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanı önləmə mexanizmlərini qurmaq üçün NATO-da görüşlərə başlamaq barədə razılıq əldə olundu".

Türkiyə və Yunanıstanı "iki dəyərli müttəfiq" adlandıran Stoltenberq NATO-nun qarşılıqlı etimada xidmət edən mövzular üçün ən önəmli platforma olduğunu bildirib.

Stoltenberq həmçinin "NATO həmrəyliyi naminə gərginliyə çözüm tapmaq üçün bütün maraqlı müttəfiq ölkələrlə yaxın təmasda olacağam", deyə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər