5 Sentyabr 2020 15:39
3 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birinci Kanal” (Rusiya) aparıcısı İvan Urqant avqust ayının sonunda ictimaiyyətin qarşısına güllə keçirməyən jilet və əlində silah çıxan Belarus Prezidenti Aleksandr Lukaşenkonu parodiya edib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntü müzakirə mövzusuna çevrilib.

Videoda Urqant güllə keçirməyən jilet və papaq geyinir, əlində oyuncaq silah gəzdirir. Onu hərbi dəbilqədə, zirehli geyim və su tapançası ilə komediya aktyoru Dmitri Xrustalev müşayiət edir. Onlar Aleksandr Lukaşenko və 15 yaşlı oğlu Nikolayın obrazını canlandırırlar.

Video sosial şəbəkə istifadəçilərini əyləndirib, on minlərlə baxış, minlərlə bəyənmə və yüzlərlə rəy toplayıb.

Lukaşenko avqustun 23-də əlindəki “Kalaşnikov” avtomatı ilə vertolyotla iqamətgahına uçub. Videoda dövlət başçısının mühafizəçilərinin müşayiəti ilə güllə keçirməyən jiletdə vertolyotdan endiyi, əlində silah gəzdirdiyi görünür. Lukaşenkonu zirehli formada 15 yaşlı oğlu Nikolay təqib edir.

Videogörüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər