7 Sentyabr 2020 10:58
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 5,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, zəlzələnin episentri olan Gülüstan əyalətinin Ramiyan məntəqəsində evlər dağılıb, onlarla insan yaralanıb.

Tehran Universitetinin Seysmoloji Mərkəzi bəyan edib ki, zəlzələ gecə saat 02:04-də 9 kilometr dərinlikdə baş verib.

İranın Qızıl Aypara Təşkilatı bəyan edib ki, Ramiyanin bəzi kəndlərində evlər dağılıb, bəzilərində zədələnib. Quruçay kəndində 7, Elhadi kəndində 3 nəfər xəsarət alıb.

Hazırda bölgədə xilasetmə işləri davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər