Rusiyanın Londondakı səfiri Andrey Kelin rus müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə İngiltərə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, İngiltərə Xarici Işlər naziri Dominik Raab səfirin nazirliyə dəvət edilməsinin Navalni ilə əlaqədar olduğunu deyib.
“Bu gün İngiltərə Aleksey Navalninin zəhərlənməsi məsələsində dərin narahatlıq keçirir. Bu səbəbdən Rusiyanın İngiltərədəki səfiri nazirliyə dəvət edildi. Yoxlanmamış kimyəvi silahın istifadəsi qəbuledilməzdir. Rusiyanın bu məsələdə şəffaf araşdırma aparmasını gözləyirik”, - nazir Raab deyib.