Ötən həftənin bazar günü Çeçenistan rəhbəri Ramzan Kadırovun 24 yaşlı qardaşı oğlu, “Axmat” futbol klubunun (Klub Ramzan Kadırovun atasının şərəfinə onun adı ilə adlandırılıb) oyunçusu Abubakar Kadırovun toyu olub.
Teleqraf.com xəbər verir ki, respublika başçısı gəncləri şəxsən təbrik edib və “VKontakte” səhifəsində mərasimdən görüntülər yayımlayıb.
“Biz respublikanın hər yerindən çoxsaylı qonaqları bir araya gətirən böyük bir toy şənliyində oynadıq. Abubakar və həyat yoldaşı İrsu Vəzirayevanı onların həyatındakı bu gözəl hadisə münasibətilə təbrik edirəm! Onlara xoşbəxt və uzun ömür, sonsuz xoşbəxtlik və firavanlıq diləyirəm”, – deyə Ramzan Kadırov yazıb.
Toy ailə üzvlərindən birinin cəh-cəlallı evində baş tutub. Bəylə gəlin bir neçə atlının müşayiəti ilə qar kimi ağ arabada darvazayadək gəliblər. Onları çeçen melodiyalarını ifa edən açıq ekipaj müşayiət edib.
Ramzan Kadırov bəyə papaq, gəlinə isə burka (dini geyim atributu) hədiyyə edib. Gənclər yəhərdə qalma qabiliyyətlərini nümayiş etdiriblər, vertolyotdan isə ağ və qırmızı gül ləçəkləri yağıb. Ənənəvi olaraq odlu silahdan atəş açılıb.
Sevgililər ziyafət salonuna qar kimi ağ xalçanın üstünə gediblər. Bəy klassik kostyum geyinib, gəlin isə qızıl tikmə ilə bəzədilmiş milli geyimdə addımlayıb.