General Sezgin Ərdoğanın İdlibdə xidmət zamanı qəfil səhhətində problem yaranıb. Xəstəxanaya çatdırılan generalın həyatını xilas etmək mümkün olmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Generalın vəziyyətinin bu gün qəfil pisləşdiyi bildirilir.
Ərdoğan dərhal müalicə üçün xəstəxanaya aparılıb.
Qeyd edilir ki, artıq generalın cəsədi yaşadığı Sparta şəhərinə aparılıb və ailəsinə təhvil verilib.